İcbari tibbi sığortalı xəstə "Beyin qan sızması" diaqnozu ilə gətirilmiş və müalicə olunmuşdur

Bakı Sağlamlıq Mərkəzinə Qax Mərkəzi rayon xəstəxanasından İcbari tibbi sığortalı xəstə “Beyin qan sızması” diaqnozu ilə gətirilmişdir. Təcili olaraq gətirilən xəstənin diaqnozunu səbəbini müəyyənləşdirmək üçün klinikamızın İnvaziv Neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru, Rafael Bayramova müraciət edilmişdir. Müasir müayinə üsulları ilə müayinə zamanı ön birləşdirici arteriyanın avevrizmasının partlaması nəticəsində həm mədəciklərdə həm də subaraxnoidal sahələrdə qansızma aşkarlanmışdır. Təcili olaraq xəstə mərkəzimizdə yüksək texnoloji avadanlıqlarla əməliyyat olunmuş, qapalı üsülla anevrizma zərərsizləşdirilmişdir. Anevrizmanın verəcəyi fəsadların qarşısı alınmışdır. Qısa müddətdən sonra xəstə yaxşı vəziyyətdə evə göndərilmişdir.

Diqər xəbərlər